İŞİD tarixi abidəni yox etdibackend

İŞİD tarixi abidəni yox etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, Suriyanın antik əsərlər üzrə səlahiyyətli şəxslərindən biri İŞİD-in Palmiradakı üç qüllə məzarı havaya uçurduğunu söyləyib.

Səlahiyyətli şəxs ən yaxşı qorunmuş və ən gözəl qüllələrin məhv edildiyini bildirib. Antik şəhər divarlarının kənarındakı “Məzarlar Vadisi” adlandırılan yerdə olan, qum daşından dözəldilmiş qüllə məzarlar Palmiralı zəngin ailələrə məxsus idi. İŞİD daha əvvəl də antik şəhərdəki iki ana məbədi havaya uçurmuştu.

Terror təşkilatı sosial media üzərindən Palmiradaki dağıntı ilə bağlı görüntüləri yayıb.

Qeyd edək ki, İŞİD \”YUNESKO\”nun dünya mirası siyahısındakı Palmira antik şəhərini keçən ilin mayında öz nəzarətinə alıb.

İnterpress.az