“AMAY”ın sabiq rəhbərinə 13 il həbs – YENİLƏNİBbackend

“AMAY”ın sabiq rəhbərinə 13 il həbs – YENİLƏNİB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində “AMAY” ticarət mərkəzinin həbsdə olan rəhbəri Abdulla Abdullayev və Heydər Rzayev, Mehman Məmmədxanlı, Elşən Novruzov, Vidadi Qurbanov, Nadejda İlyasovanın barəsində olan cinayət işi üzrə növbəti məhkəmə prosesi başa çatıb.

Hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, A. Abdullayev 13 il il müddətinə azadlıqdan məhrum edilib.

Təqsirləndirilən şəxslərdən N. İlyasova 8 il şərti, digərlərinin hər biri isə 9 il şərti olaraq azadlıqdan məhrum ediliblər.

Xatırladaq ki, ötən proses zamanı dövlət ittihamçısı Fərid Nağıyev çıxış edərək məhkəmədən Abdulla Abdullayevin 14, Nadejda İlyasovanın 9, digər təqsirləndirilənlər Heydər Rzayev, Mehman Məmmədxanlı, Elşən Novruzov, Vidadi Qurbanovun hər birinin 10 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Qeyd edək ki, Abdulla Abdullayev və digərləri Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israf etmə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə təqsirləndirilir.

Təqsirləndirilən şəxslərdən yalnız A.Abdullayev barəsində həbs qətimkan tədbiri seçilib, digər şəxslər isə zamindədir.

A.Abdullayev ötən il aprelin 4-də həbs olunub. Onunla bağlı İqtisadiyyat və Sənaye Nazirliyi yanında Sahibkarlığa Kömək Milli Fondundan daxil olmuş material Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.

A.Abdullayevin həbsi ilə bağlı Baş Prokurorluğun mətbuat xidmətinin zamanında yaydığı məlumata görə, ilkin araşdırma zamanı toplanmış sübutlar əsasında Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israf etmə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb.

İstintaq müəyyən edib ki, 2006-2008-ci illərdə “Birlikbank” ASC-nin Müşahidə Şurasının sədri işləmiş Abdulla Abdullayev vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə kənd təsərrüfatı, eləcə də digər sahələrin inkişafına yönəldilməsi nəzərdə tutulan ümumilikdə 3 milyon 397 min manat məbləğində vəsaiti təyinatı üzrə istifadə etməyib.

İstintaqın gəldiyi qənaətə görə, vəsaiti ayrı-ayrı hüquqi şəxslərin müvəkkil bank olan “Birlikbank” ASC-də açdırdığı hesablaşma hesablarına köçürülməklə həmin vəsaiti faktiki rəhbəri olduğu “A.M.A.Y” MMC-nin Xətai rayonu ərazisində yerləşən binasının təmir-tikinti işlərinə xərcləyib. Özgənin külli miqdarda əmlakını mənimsəməsində şübhələr üçün ciddi əsaslar olduğundan A.Abdullayevə Cinayət Məcəlləsinin qeyd olunan maddələri üzrə ittiham elan edilib və barəsində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib.

***

Virtualaz.org saytının məhkəmə prosesində iştirak edən müxbiri xəbər verir ki, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərdən Elşən Novruzov, Heydər Rzayev və Mehman Məmmədxanlı son söz dedilər.

Hər 3 təqsirləndirilən məhkəmədə barələrində bəraət hökmünün çxarılmasını istədilər.

Mehman Məmmədxanlı bildirdi ki, o, “AMAY”-da adi bir işçi olub, “AMAY” şirkətlər qrupunda işləyən 4-5 min nəfər kimi o da əmək müqaviləsi ilə işləyib: “Mənim üçün qanun şahdır. Ona görə də qanunla qadağan edilən iş görməmişəm və görmərəm də. Mənə qarşı verilən ittihamlarla qətiyyən razı deyiləm, çünki mənim əməlimdə cinayət tərkibi yoxdur. Qanun pozuntusuna yol verilməmişəm, buna görə də ittihamı anlaşılmazlıq sayıram. 10 ildən çoxdur ki, YAP-ın fəal üzvüyəm. Dövlətimə sadiqəm, himayəmdə 3 azyalı var. Bunları nəzərə alaraq mənə qarşı cinayət işinə xitam verilməsini və haqqımda bəraət hökmünün çıxarılmasını xahiş edirəm”.

Proses təxirə salınıb. Bir neçə dəqiqədən sonra hökm oxunacaq.

Qeyd edək ki, Abdulla Abdullayev və digərləri Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israf etmə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə təqsirləndirilir.

Təqsirləndirilən şəxslərdən yalnız A.Abdullayev barəsində həbs-qətimkan tədbiri seçilib, digər şəxslər isə zamindədir.

İnterpress.az