Mühacir basqınında yaralanan ana da öldü – FOTObackend

Mühacir basqınında yaralanan ana da öldü – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, Riham Devabişə müalicə aldığı İsrailin “Tel Hashomer” xəstəxanasında bazar gecəsi həyatını itirib.

31 iyuldakı yanğında 26 yaşındakı Riham Devabişənin bədəninin 80 faizində üçüncü dərəcə yanıq meydana gəlmişdi. Devabişənin 18 aylıq oğlu Əli hücumda yanaraq ölmüşdü.

Mühacir basqınında yaralanan ana da öldü - FOTO

Əri Saad Devabişə də eyni yanğında yaralanmış, aparıldığı xəstəxanada 8 gün sonra ölmüşdü. Ailənin 4 yaşındakı digər uşağı isə xəstəxanada müalicə alır. İsrail baş naziri Netanyahu ilk dəfə hadisəni \”terror hücumu\” olaraq qiymətləndirmişdi. Fələstin rəhbərliyi Yəhudi mühacirlərin yandıraraq öldürdüyü 18 aylıq körpə üçün Beynəlxalq Cəza Məhkəməsinə müraciət etmişdi. \”Davam edən işğal və Yəhudi məskunlaşma yerləri fəaliyyətlərinin bu cür cinayətlərə yol açdığını\” vurğulayan Fələstin xarici işlər naziri Riyad Maliki Beynəlxalq Məhkəməyə təqdim edilən qovluğun əsasən basqın hadisələri, ümumiyyətlə isə Yəhudi məskunlaşdırma terroruyla əlaqədar detalları ehtiva etdiyini bildirib.

Mühacir basqınında yaralanan ana da öldü - FOTO

İnterpress.az