Cavid Hüseynovla bağlı yeni vəsatət qaldırılırbackend

Cavid Hüseynovla bağlı yeni vəsatət qaldırılır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu haqda Modern.az saytına məlumat verən vəkil Adəm Məmmədov bildirib ki, futbolçu gündəlik kitab oxumaqla məşğuldur: “Onunla dünən görüşdüm. Səhhəti yaxşıdır. Amma aid olmadığı mühit onu çox sıxır”.

Adəm Məmmədovun sözlərinə görə, Cavid ədalətli qərar qəbul olunacağını gözləyir: “Çünki onun günahı olmadığı sübuta yetirilib. Biz hüquqi dövlətdə yaşayırıq. Hesab edirəm ki, istintaq orqanı, ya da məhkəmə tərəfindən ədalətli qərar qəbul olunacaq”.

Cavid Hüseynov Cinayət Məcəlləsinin 307.1 (ağır cinayətin hazırlanmasını və ya törədilməsini bilərək həmin cinayət barəsində xəbər verməmə) və 307.2-ci (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələrində nəzərdə tutulan ittiham elan olunub və barəsində məhkəmənin qərarı ilə 3 ay həbs – qəti imkan tədbiri seçilib.

Səbail rayon Məhkəməsi futbolçunun həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması üçün qaldırılan vəsatəti təmin etməyib. Vəkili məhkəmənin qərarından Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verib. Apelyasiya qərarı da onun vəsatətini təmin etməyib.

İnterpress.az