Ə.Bədəlovun oğlu da tutduğu vəzifədən uzaqlaşdırılıb. Keçmiş təhsil şöbəsinin müdirinin oğlu Nağı Bədəlov 60 saylı Salyan-Neftçala Dairə Seçki Komissiyasının sədrliyi vəzifəsindən kənarlaşdırılıb.
Qeyd edək ki, Ə.Bədəlov 2010-cu ilin aprel ayından Salyan Rayon Təhsil Şöbəsinin müdiri vəzifəsində çalışırdı. O, təhsil şöbəsinin müdiri olmazdan əvvəl isə 60 saylı Salyan-Neftçala Dairə Seçki Komissiyasının sədri vəzifəsində çalışmışdı. Ə.Bədəlov təhsil şöbəsinin müdiri təyin olunarkən onun yerinə oğlu Nağı Bədəlov gətirilmişdi.
Xatırladaq ki, Ə.Bədəlovun fəaliyyəti zamanı yol verdiyi qanunsuzluqlarla bağlı mətbuatda dəfələrlə məlumatlar yer alıb.
Ə.Bədəlovun təhsil şöbəsinin müdiri olduğu müddətdə müəllimlərin maaşından qanunsuz “haqq” tutması, yeni dərs illərində siniflərin bölgüsü zamanı müəllimlərdən rüşvət tələb etməsi kimi şikayətlər mətbuatın gündəmində yer alıb.
Əldə etdiyimiz digər məlumata görə, N.Bədəlovun yerinə dairə seçki komissiyasının sədrliyinə Salyan Rayon İcra Hakimiyyətinin İnformasiya təminatı və təhlil sektorunun müdiri Kərəm Muradovun oğlu Fuad Muradov təyin edilib. ( musavat.com )
İnterpress.az