ABŞ Konqresi çərşənbə axşamı yay tətilindən sonra işə başlayır. Konqresin gündəmində duran məsələ isə İranın nüvə proqramı ilə bağlı sazişin müzakirələrini bərpa etmək olacaq.
Sövdələşmə ilə bağlı səsvermə keçirilməsi üçün Senat və Nümayəndələr Palatasının iki həftədən az vaxtı qalıb. Senatorlar hələlik nüvə proqramı ilə bağlı yekun qərarı elan edəcəkləri tarixi söyləməsələr də, konqresmenlər qərarı həftə sonu açıqlamağı planlaşdırır.
Nümayəndələr Palatasının spikeri Con Beynerlə keçirilən müzakirələrdən sonra demokratların lideri Nensi Pelosi bildirib ki, debatların çərşənbə günü, təkrar səsvermənin isə cümə günündən gec olmayaraq keçiriləcəyi planlaşdırılır.
İnterpress.az