Tacikistanda hərbi qiyam yatırıldıbackend

Tacikistanda hərbi qiyam yatırıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xüsusi xidmət orqanlarının əməkdaşları ilə qiyamçı generalın tərəfdarları arasında baş verən atışma nəticəsində hər iki tərəfdən 20-dən çox insan həlak olub, 40 nəfərə qədər yaraqlı isə həbs edilib.

İnterfaxs agentliyinin yaydığı məlumata görə, Tacikistanın Baş prokurorluğunda A.Nazarzoda qarşı cinayət işi açılıb. Ona qarşı ittihamlar qiyabi olaraq irəli sürülüb. Ramit dərəsində gizlənən sabiq nazir müavini sağ olaraq ələ keçirildiyi təqdirdə həbs olunaraq məhkəməyə qədər Düşənbə təcridxanasında saxlanacaq. Əlli bir yaşlı Abdulhalim Nazarzod Rusiya Ümumqoşun Akademiyasının məzunudur.

Tacikistan müdafiə nazirinin müavini vəzifəsinə 2014-cü ilin yanvarında təyin olunmuşdu.

İnterpress.az