Sığınacaq istəyən keçmiş səfrin iddialarina cavabbackend

Sığınacaq istəyən keçmiş səfrin iddialarina cavab

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bunu APA-ya açıqlamasında Azərbaycanın Avstraliya İttifaqındakı səfiri Rövşən Cəmşidov deyib.

Diplomat bildirib ki, A. Həsənovun xidmət dövründə yol verdiyi ciddi qüsurlarını və məsuliyyətsiz davranışını nəzərə alaraq, onun uzunmüddətli ezamiyyətdən geri çağırılması barəsində XİN rəhbərliyi qarşısında məsələ qaldırıb: \”Bu əsasda onun işdən azad edilməsi haqqında qərar qəbul edilib. Təsadüfi deyil ki, Anar Həsənov 7 illik diplomatik xidməti dövründə sadəcə ən aşağı pillədən bircə addım yuxarı, 3-cü katib vəzifəsinə qalxıb. Halbuki 37 yaşlı diplomatlar hazırda nazirlikdə şöbə müdiri, idarə rəisi, xaricdə səfir kimi digər məsul vəzifələrdə çalışmaqdadırlar. Onun xidməti vəzifəsində irəli addım ata bilməməsi şəxsi, professional bacarıq və dünya görüşünün son dərəcə aşağı olduğunun təzahürüdür. Özünün diplomatik xidmətə uyğun gəlmədiyini dərk edən Anar Həsənov son əlac kimi şər-böhtanlara əl ataraq diplomatik uğursuzluğunun səbəblərini ört-basdır etməyə çalışır. Sizə qəribə gəlmirmi ki, Avstraliyadan əvvəl Azərbaycanın Rumıniyadakı səfirliyindən də uzunmüddətli ezamiyyətdən 11 ay sonra o, eyni səbəblərdən geri göndərilib. Bu yaş həddinə çatmış A. Həsənovun diplomatik xidmətdə irəliləyə bilməməsi XİN-də kadrların seçiminə diqqətlə yanaşıldığını göstərir. İndi təəssüf edirəm ki, belə bir şəxsə Səfirlikdə özünü doğrultmaq şansı verdik\”.

Səfir A. Həsənovun bəzi iddialarına da cavab verib: \”Anar Həsənov iddia edir ki, ona təzyiqlər göstərilir və cəza tədbirləri həyata keçirilir. Xarici ölkədən geri çağırılmaq cəza tədbiridirmi? O, yalan və iftiralarına görə hələ ki, nə istintaqa cəlb edilib, nə məhkəmə orqanlarına izahat verib, nə də həbs altındadır. Ümumiyyətlə, Azərbaycan dövlətçiliyinin tarixini şübhə altında qoyan bir şəxsin müstəqil Azərbaycanın mühüm dövlət strukturlarına qara yaxmağa çalışması təəccüb doğurmur.

Tam əminliklə bildirirəm ki, onun tərəfindən KİV-ə ötürülən məlumatlar yalan və böhtan xarakterlidir. Vəzifədən azad edildiyinə görə küskün vəziyyətdə olan Anar Həsənov böhtan və təxribatçı fəaliyyətlə nəyəsə nail olmağa çalışır\”.

R. Cəmşidov deyib ki, bundan əvvəl Azərbaycanın Koreyada səfiri işləyib: \”Səfirliklər büdcə təşkilatları olduqları üçün ayrılmış maliyyə vəsaitinin təyinatı üzrə xərclənməsi XİN-in Maliyyə-Valyuta İdarəsi və Maliyyə nazirliyinin nəzarəti altında həyata keçirilir. Ciddi hesabatlılıq rejimi tətbiq olunur və mütəmadi əsasda maliyyə təftişi aparılır. Hətta xüsusi hallarda Hesablama Palatası tərəfindən də yoxlamalar həyata keçirilir.

Maliyyə hesabatı məsələlərinə ciddi yanaşmanın göstəricisidir ki, səfirlikdə bütün maliyyə hesablaşmaları bank vasitəsilə aparılır və 69110 Avstraliya dolları (53300 ABŞ dolları) məbləğində olan sərf olunmamış vəsait səfirlik tərəfindən geri qaytarılıb. Onu da qeyd edim ki, mən şəxsən səfirlikdə maliyyə-təsərrüfat fəaliyyətinin təftişinin keçirilməsi barədə XİN-ə müraciət etmişəm.

Təəssüflər olsun ki, bəzi KİV-lər və bloqlar tərəfindən xarici işlər nazirliyi və diplomatik nümayəndəliklərə qarşı əsassız neqativ kampaniya aparılır.

Görünür ki, cənab prezidentin rəhbərliyi altında həyata keçirilən uğurlu xarici siyasət ölkə xaricində olduğu kimi ölkə daxilində də bəzi insanları narahat edir\”.

Qeyd edək ki, Azərbaycanın Avstraliyadakı səfirliyində çalışmış Anar Həsənov özünün işdən azad olunmasının detalları barədə mətbuata müraciət ünvanlayıb. O, müraciətində Azərbaycanın Avstraliyadakı səfirliyində korrupsiya halları olduğunu iddia edib, səfir və səfirliyin baş mühasibinə qarşı ittihamlar səsləndirib. A. Həsənov həmçinin bir neçə xidməti sənədin surətini də mediaya göndərib.

A. Həsənov səfirlik əməkdaşlarını dövlət vəsaitini mənimsəməkdə, maliyyə fırıldaqlarında, vəzifədən sui-istifadə etməkdə ittiham edib. O bu barədə xarici işlər naziri Elmar Məmmədyarova yazılı müraciət etdikdən sonra işdən azad edildiyini, onun üçün kirayələnmiş evdən çıxarıldığını, hamilə həyat yoldaşı ilə birgə Avstraliyadan sığınacaq istədiyini qeyd edib.

İnterpress.az