İnterpress.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, hadisə sentyabrın 8-də saat 21 radələrində Biləsuvar rayonunun Təzəkənd kəndində qeydə alınıb. Kənd sakini Ağaverdi Əhmədovun evində təbii qazın sızmasından yanğına keçən ani partlayış baş verib.
Nəticədə evin yanar konstruksiyaları və oradakı əşyalar yanıb, yanıq xəsarəti almış A.Əhmədov xəstəxanaya yerləşdirilib.
İnterpress.az