Niko Kovaç istefaya göndərilibbackend

Niko Kovaç istefaya göndərilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün keçirilən iclasda İcraiyyə Komitəsinin üzvləri 44 yaşlı məşqçi ilə əməkdaşlığa son qoyulmasını istəyiblər.

Yeni baş məşqçinin adı sentyabrın 21-nə kimi bəlli olacaq. Bu müddət ərzində Xorvatiya Futbol Federasiyası bu posta namizəd məşqçilərlə danışıq aparacaq.

Əsas namizədlər Ante Kaçiç və Nenad Qraçandı.

Qeyd edək ki, Kovaç 2013-cü ildən Xorvatiya yığmasına başçılıq edirdi. Onun istefaya göndərilməsi məsələsi Avro-2016-nın seçmə mərhələsi çərçivəsində Azərbaycanla qolsuz heç-heçə və Norveçə məğlubiyyətdən (0:2) sonra gündəmə gəlmişdi.

İnterpress.az