“Rusiya hərbçilərinin Suriyada olduğunu təsdiqləyirəm”backend

“Rusiya hərbçilərinin Suriyada olduğunu təsdiqləyirəm”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.

Onun sözlərinə görə, onlar Suriya hərbçilərinə ölkə ərazisinə daxil olan texnikanı öyrənməsinə yardım edirlər.

\”Biz heç vaxt Suriya ilə hərbi-texniki sahədə əməkdaşlıq etdiyimizi gizlətməmişik. Bu yaxınlarda Suriyaya silah və hərbi texnika göndərmişik. Bunu uyğun müqavilələr əsasında beynəlxalq hüquqa uyğun olaraq həyata keçiririk\”, – o vurğulayıb.

Sentyabrın 9-da ABŞ rəsmiləri bildirib ki, son bir neçə gündə Rusiyanın azı üç hərbi nəqliyyat təyyarəsi Suriyaya enib.

Xatırladaq ki, Rusiya həmin silah və hərbi texnikanı Suriyadakı Bəşşar Əsəd rejimi ilə bağladığı müqaviləyə uyğun olaraq tədarük edir. Rusiyalı mütəxəssislər də Bəşşar Əsədin hərbçilərini təlimatlandırır.

İnterpress.az