Sentyabrın 8-də dünyasını dəyişmiş Habil Əliyevin sənəti İranda böyük qiymətləndirilir. O, klassik fars musiqisinə yaxından bələd idi və uzun illər Tehranın konsert zallarında ifa edib.
Habil Əliyevin İranın məşhur klassik musiqi ifaçısı Məhəmməd Rza Şəccarianla birgə səs yazıları var.
Səhhətinin pisləşməsi səbəbindən Habil Əliyev 2009-cu ildə Tehranın Rudəki-Vəhdət konsert salonunda özünün simvolik sonuncu konsertini vermişdi.
Twitter istifadəçisi @Ehsan_iran65 onu bütün dövrlərin “misilsiz kamança ifaçısı\” adlandırıb.
Sentyabrın 5-də mühafizəkar \”Tasnim\” xəbər agentliyi “Azərbaycanın görkəmli kamança ustası Habil Əliyevin komada olduğunu\” qeyd etmişdi.
ABŞ-da yaşayan İranlı jurnalist Araş Siqarçi yazıb ki, “kamança onun beşinci balası idi\” (H.Əliyevin dörd uşağı var).
“Dünya incəsənəti canlı musiqi alətini itirdi… Bundan sonra kiminsə kamançanı Habil Əliyev kimi ifa edə biləcəyinə inanmaq çox çətindir” – deyə facebook istifadəçisi \”Salamat Noori\” yazır.
Digər facebook istififadəçisi \”Changiz Doustdar\” öz dərin hüznünü bildirir və yazır ki, “dünyanın kamança əfsanəsi susdu”.
Digər istifadəçi \”Umud Azerbaycan\” H.Əliyevi “dahi musiqiçi” adlandırıb və onu Bethoven kimi sənətkarlarla müqayisə edib.
“Bütün türk dünyası onun itkisini dərin hüznlə qarşılayır…” – o əlavə edib.
GAMAC (Guney Azərbaycan Milli Azadliq Cəbhəsi) xəbər saytı onun vəfatı barədə yazarkən Habil Əliyevi “Şərqin kamançasının tanrısı” adlandırıb. Xəbərdə onun “Cənubi Azərbaycan” vurğunu olduğu da bildirilirdi.
“Mən kamançamı Təbrizdə qoydum. Bilirəm ki, burada kimsə mənim yolumu davam edəcək” – deyə sayt Habil Əliyevdən sitat gətirib.