Rusiyadan Azərbaycana 50 BMPbackend

Rusiyadan Azərbaycana 50 BMP

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, bunu Rusiyanın TASS xəbər agentliyi hərbi-texniki əməkdaşlıq sahəsindəki mənbəyə istinadla bildirir.

Mənbə Nijni Tagildə sentyabrın 9-da açılan “Arms Expo-2015” hərbi sərgisi zamanı danışıb. “Azərbaycana BMP-3 maşınlarının çatdırılması 2016-cı ildə başa çatacaq\” TASS xatırladır ki, Rusiya Azərbaycanın sifariş etdiyi T-90C tanklarının çatdırılmasını da yekunlaşdırmaq üzrədir.

“Rosoboroneksport”dan bildiriblər ki, Rusiya Azərbaycanın 2010-cu il müqaviləsi ilə sifariş etdiyi hərbi texnikanın və silahların çatdırılmasını 2017-ci ilədək tam yekunlaşdıracaq. TASS yazır ki, media məlumatlarına görə, həmin müqaviləyə 3 batalyonluqT-90C tankları (100 tank) və eyni sayda BMP-3 daxildir. Həmçinin Azərbaycan Rusiyadan “Smerç” reaktiv yaylım atəşi sistemlərini, ağır odsaçan sistemləri və digər silahları alıb. Bütün müqavilələrin qiyməti 1 milyard dollardır.

İnterpress.az