İnterpress.az xəbər verir ki, \”Əl-Qaidə\” qruplaşması amerikalı biznesmenlərin ölüm siyahısını açıqlayıb.
Bu siyahıda “Microsoft”un yaradıcısı Bill Geyts, Nyu-Yorkun keçmiş meri Maykl Blumberq, milyarderlər Uorren Baffet, Çarlz, Devid Kox qardaşları və s. tanınmış biznesmenlər var.
“Əl Qaidə” qruplaşması bu şəxsləri yalnız İsrailin yürütdüyü siyasətə etiraz etmələri halında “ölüm siyahı”dan çıxarılacaqlarını da bildirib.
Paralel olaraq, “Əl-Qaidə” ABŞ-dakı qaradərili əhalini qruplaşmaya üzv olmağa çağırıb.
“Əl-Qaidə” teror təşkilatının lideri Ayman Əl –Zəvahiri bundan qabaq, təşkilatın “İslam dövləti”nə hərbi dəstək ola biləcəklərini demişdi.
İnterpress.az