68 yaşlı qadını evində boğaraq öldürən şəxslər tutulubbackend

68 yaşlı qadını evində boğaraq öldürən şəxslər tutulub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avqustun 26-da Şüvəlan qəsəbəsi Almaz İldırım küçəsi döngə 4, ev 16 A ünvanında yaşayan, 1947-ci il təvəllüdlü Həsənova Əzizə Şeydulla qızını yaşadığı mənzildə qətlə yetirən şəxslərin 1990-cı təvəllüdlü Qədirov Muxtar Şahmar oğlu və 1989-cu il təvəllüdlü İsgərərov Rüfət Hümbət oğlu olmaları müəyyən edilib və onların hər ikisi saxlanılıb.

Saxlanılan şəxslər cinayəti tamah məqsədi ilə törətdiklərini etiraf ediblər.

Qeyd edək ki, Ə. Həsənovanın meyiti yaşadığı evdə aşkar edilib. O, boğularaq qətlə yetirilib.

İnterpress.az