Şirkətdə döyüldüyünü iddia edən anbardarla bağlı ilginc məlumatbackend

Şirkətdə döyüldüyünü iddia edən anbardarla bağlı ilginc məlumat

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, mətbuata açıqlamasında əmək haqqının almaq üçün şirkətə getdiyini və bu zaman döyüldüyünü bildirən Şəfa Kərimovla bağlı şirkətin apardığı kiçik araşdırma göstərib ki, onun əmək haqqını ala bilməməsi ilə bağlı dedikləri həqiqətə uyğun deyil.

Şəfa Kərimovun çalışdığı qrupun briqadadiri Elşən Əliyev İnterpress.az-a bildirib ki, anbardar işlədiyi müddətdə ona 10400 manat vəsait ödənilib: “Bu vəsaitin ödənilməsi ilə bağlı bütün sənədlər məndədir. Orda Şəfa Kərimov öz imzası ilə 10400 manat pul aldığını təsdiqləyib. Müxətlif zamanlarda bu vəsait ödənilib. Əslində onun “Azİmport”la heç bir əlaqəsi yoxdur və həmin şirkətdən nəsə tələb edə bilməz. Çünki biz “Azİmport”la podratçılıq müqaviləsi əsasında işləmişik və bütün məsələlər bizimlə həll edilməlidir. Biz isə vəsaiti Şəfa Kərimova ödəmişik, onun əlavə nəsə tələb etməsi qanunsuzdur”.

Briqadir qeyd edib ki, Şəfa Kərimovun vəsaiti alması ilə bağlı sənədləri lazımi orqanlara təqdim edəcək.

Başqa bir məlumata görə isə, Şəfa Kərimov mütəmadi olaraq bərabər işlədiyi şəxslərdən, eləcə də rəhbərlikdən pul tələb edib. Sahə rəisi Rauf İsmayılovun sözlərinə görə, Şəfa Kərimovun bir gündə müxtəlif adamlardan pul tələb etməsini təsdiqləyən telefon danışıqları var: “Ona verilməli olan vəsait tamamilə ödənilib. Ancaq maraqlıdır ki, o, şirkətə müraciət edən hər kəsə qoşulur və pul tələb edir. Eyni gündə onunla əlaqəsi olmayan müxtəlif adamlara pulla bağlı tələblər səsləndirir. Halbuki həmin şəxslərin onun işlədiyi müddətdə onunla heç bir əlaqəsi olmayıb. Yəni hər kəsdən pul istəyir, verməyəndə isə belə vasitələrə əl atır”.

Məlumatlara görə, daimi bir yerdə işləməyən, bir müəddət avtobus sürücüsü olan, ailəsini dolandırmaqda çətinlik çəkdiyini deyən Şəfa Kərimov əslində ailəsi ilə bərabər yaşamır. Şəfa Kərimovun keçmiş həyat yoldaşı 11 yaşlı övladı ilə bərabər Tovuz rayonunda yaşayır. Şəfa Kərimovun övladının yanında olduğu görüntüsü yaratmaq üçün telefon zənglərini əsasən uşaqların çox olduğu yerlərdə etdiyi və beləliklə telefondan uşaq səsləri gəlməsini təmin etdiyi vurğulanır.

Qeyd edək ki, “Azİmport” şirkətin nüfuzuna xələl gətirdiyinə görə Şəfa Kərimovla bağlı məsələnin məhkəmə müstəvisində həll ediləcəyini açıqlayıb.

İnterpress.az