Azərbaycan və Çexiya arasında protokol sənədi imzalandı – FOTObackend

Azərbaycan və Çexiya arasında protokol sənədi imzalandı – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanın Çexiyadakı səfirliyindən İnterpress.az-a verilən məlumata görə, Azərbaycan nümayəndə heyətinə iqtisadiyyat və sənaye nazirinin müavini, Azərbaycan tərəfdən Komissiyanın həmsədri Sahil Babayev, Çexiya nümayəndə heyətinə isə sənaye və ticarət nazirinin müavini, Komissiyanın Çexiya tərəfdən həmsədri Vladimir Bartl rəhbərlik edib.

Azərbaycan nümayəndə heyətinin tərkibində Fövqəladə Hallar nazirinin müavini Ragim Lətifov, səhiyyə nazirinin müavini Elsevər Ağayev, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə, kənd təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbov, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin sərmayələr və marketinq üzrə vitse-prezidentinin müavini Vitali Bəylərbəyov, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədr müavini Dövlətxan Dövlətxanov, Azərbaycanın Çexiyadakı fövqəladə və səlahiyyətli səfiri Fərid Şəfiyev və digər yüksək səviyyəli nümayəndələr təmsil olunub.

Hər iki tərəf Çexiya və Azərbaycan arasında hazırkı ticarət və iqtisadi əlaqələrin genişləndirilməsi üçün böyük potensialın olduğunu qeyd edib və bu əlaqələrin davamlı inkişafının vacibliyinin hər iki tərəfin ümumi marağında olduğunu təsdiq ediblər. Komissiyanın həmsədrləri, həmçinin müxtəlif sahələrdə iqtisadi əməkdaşlığın gələcək perspektivlərini də müzakirə ediblər. Ölkələr arasında yüksək səviyyəli rəsmilərin qarşılıqlı səfərlərinin ikitərəfli əlaqələrin inkişafında vacib rol oynadığı bildirilib. Qarışıq Komissiyanın 3-cü iclasının yekununda Çexiya və Azərbaycan arasında protokol sənədi imzalanıb. Protokolda ölkələr arasında ticarət, investisiyalar, enerji, kənd təsərrüfatı, nəqliyyat, təhsil, İKT və digər sahələrdə əməkdaşlığın daha da genişləndirilməsi imkanları öz əksini tapıb, Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığına dair Çexiyanın tam dəstəyi bir daha bəyan edilib.

Azərbaycan iqtisadiyyat və sənaye nazirinin müavini S.Babayevin rəhbərlik etdiyi nümayəndə heyəti, həmçinin Çexiyanın sənaye və ticarət naziri Yan Mladek tərəfindən qəbul edilib. Keçirilən görüş zamanı iki ölkə arasında iqtisadi və ticarət əlaqələrinin inkişaf perspektivləri, habelə Avropa İttifaqı və Cənubi Qafqaz regionları arasında münasibətlərin müxtəlif aspektləri müzakirə edilib.

İnterpress.az