Ermənistanda məktəblilər arasında kütləvi zəhərlənmə…backend

Ermənistanda məktəblilər arasında kütləvi zəhərlənmə…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu barədə Ermənistan Səhiyyə Nazirliyinin yaydığı məlumatda bildirilir. Məlumata görə, 45 məktəblidə kəskin zəhərlənmə simptomları qeydə alınıb.

Zəhərlənmiş məktəblilərdən 43-ü xəstəxanaya yerləşdirilib, daha iki şagirdə ambulator müalicə təyin edilib. Xəstələrin əksəriyyətinin orta ağır olduğu bildirilir.

Məktəblilər nahar zamanı məktəbin bufetində hot-doq yediklərini bildirib. Onların sözlərinə görə, hot-doqdakı sosislərin şirin tamı olub.

Epidemioloji araşdırma hot-doqların Bağramyan kəndində hazırlanaraq, ümumilikdə, rayonun 13 yaşayış məntəqəsindəki məktəblərə paylaşdırılıb (apa).

İnterpress.az