Bu barədə “Kazakhistan today” agentliyi məlumat yayıb.
Astanada Müstəqillik Sarayında keçirilən tədbirlərdə Qazaxıstan prezidenti Nursultan Nazarbayev qazax xalqını təbrik etdikdən sonra xarici qonaqları, o cümlədən Azərbaycan və Qırğızıstan prezidentlərini salamlayıb.
Xatırladaq ki, bu gün Astanada Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının V sammiti keçiriləcək. Sammitdə Azərbaycan prezidenti də iştirak edəcək. Türkiyəni isə Türkiyə Böyük Millət Məclisinin sədri İsmət Yıldız təmsil edəcək.
İnterpress.az