Bunu ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik “Amerikanın Səsi”nə müsahibəsində deyib. O bildirib ki, sülhün vaxtı çatıb: “Əgər biz problemin həllinə nail ola bilsək, onda xalqlar bölgənin necə dəyişəcəyini görəcəklər”.
Diplomat ilin sonuna qədər Azərbaycan və Ermənistan prezidentlərinin görüşünü təşkil edəcəklərinə ümid bəslədiklərini də söyləyib: “İki ölkənin xarici işlər nazirlərinin Nyu-Yorkda keçiriləcək görüşündə biz görüşün gündəliyi, vaxtı və yerini müəyyən etməyə çalışacağıq”.
İnterpress.az