Fransa Türkiyədəki fəxri konsulunu geri çağırıbbackend

Fransa Türkiyədəki fəxri konsulunu geri çağırıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu barədə Fransa Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi bildirib.

Məlum olub ki, “France 2” müxbirinin fəxri konsulla gizli kameraya çəkilmiş müsahibəsi zamanı diplomat Bodrumda qeyri-qanuni miqrantlara xilasedici jiletlər və qayıqlar satan mağazanın sahibi olduğunu, onların Yunanıstana keçirilməsində iştirak etdiyini, eləcə də yerli hakimiyyət orqanlarının bu məsələlərdən xəbərdar olduğunu etiraf edib.

Fransa XİN-in rəsmi nümayəndəsinin sözlərinə görə, deyilənlər təsdiqini tapsa, F. Olse fəxri konsul vəzifəsindən uzaqlaşdırılacaq.

Qeyd edək ki, F. Olse bu vəzifəyə 2014-cü ilin oktyabrında təyin olunub. (apa)

İnterpress.az