Jurnalistlər 15 sentyabrda İstanbulda toplaşırbackend

Jurnalistlər 15 sentyabrda İstanbulda toplaşır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu barədə Anma Panelinin ideya müəllifi və təşkilatçısı, “Yeni Çağ” qəzetinin baş redaktoru Aqil Ələsgər məlumat verib: “15 sentyabr-Bakının düşmən işğalından azad olunması tarixini hamımız bilirik. Ancaq 15 sentyabr qədər çox önəmli bir tarix də var: 20 iyul. Bu tarix Naxçıvanın Osmanlı komandanı Kazım Karabəkir Paşa tərəfindən işğaldan azad edilməsidir. Kazım Karabəkir Paşa sadəcə Naxçıvanı azad etmədi, qərargahını da bu torpaqlara daşıyaraq, bir daha Andranikin hücum etməsinin də qarşısını aldı. Təəssüf ki, Azərbaycana Hüseyn Cavid, Yusif Məmmədəliyev, Heydər Əliyev, Əbülfəz Elçibəy və daha yüzlərlə böyük şəxsiyyətlər bəxş edən Naxçıvanla bağlı bu həqiqətdən çoxumuz xəbərsizik. Bu səbəbdən də hesab etdik ki, biz 15 sentyabrda bütövlükdə Azərbaycanın qurtuluşu ilə bağlı Anım Paneli təşkil edək. Bu barədə Kazım Karabəkir Vəqfinin başqanı, Paşamızın qızı Timsal Karabəkirlə görüşdük və o, da bu təklifimizi müsbət qarşıladı. Allah nəsib edərsə, 15 sentyabrda, İstanbulda, Kazım Karabəkir Paşa Muzeyində “Osmanlı Ordusunun Azərbaycanı işğaldan xilas etməsinin 97-ci il dönümü” Panelini keçirəcəyik. Panel “Bir millət iki dövlət” adlanır və bu həm də Azərbaycanın bir sıra aparıcı internet media qurumlarının terrorla mübarizə aparan Türkiyəyə kiçik bir qardaş dəstəyi sayıla bilər”.

Təşkilatçı qeyd edib: “Bu bizim media nümayəndələri olaraq, şəxsi təşəbbüsümüzdür. Bundan öncə də Xocalı soyqırımı, 31 Mart soyqırımı, 28 may Respublika günü kimi Azərbaycan üçün önəmli sayılan günlər tərəfimizdən sərhədlərimizdən çox-çox uzaqlarda anılıb. Biz heç bir donor təşkilatdan dəstək almayaraq, sırf Yenicag.az və Hocalıhaber.com internet qəzetlərinin məhdud büdcəsi ilə bu tədbirləri keçiririk. Bizə hər zaman dəstək olan Azərbaycan mediasına dərin təşəkkürümüzü bildiririk. Türkiyə mediası ilə yanaşı Aznews.az, Aktual.az, Ölkə.az, Azxeber.com, Editor.az, 7news.az, Sfera.az və digər saytlar da bu işdə bizə ciddi informasiya dəstəyi verirlər”.

Aqil Ələsgərin sözlərinə görə, tədbirdə türk mediası ilə yanaşı tanınmış ziyalılar, dərnək rəhbərləri iştirak edəcək.

Jurnalistlər 15 sentyabrda İstanbulda toplaşır

İnterpress.az