Daha bir PKK hücumu: 3 ölü, 6 yaralı – VİDEObackend

Daha bir PKK hücumu: 3 ölü, 6 yaralı – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu gün səhər saatlarında Türkiyənin Şırnak bölgəsində PKK terrorçularının polis məntəqəsində bomba yüklü avtomobili partlamaları nəticəsində 3 polis şəhid olub, 6-sı yaralanıb.

Yaralılar Şırnak Dövlət Xəstəxanasına yerləşdirilib.

Helikopterlərin dəstəyi ilə terrorçulara qarşı həyata keçirilən əməliyyat nəticəsində iki PKK terrorçusu məhv edilib. Qaçan digər PKK-çıların zərərsizləşdirilməsi istiqamətində əməliyyat davam edir.


İnterpress.az