Bu haqda xəbəri Nahid Cəfərovun vəzifədən çıxarıldığını və sığınacaq istədiyini İslam Əməkdaşlıq Təşkilatının Avropa İttifaqı yanındakı missiyasının keçmiş rəhbəri, Nahid Cəfərova yaxınlığı ilə seçilən Arif Məmmədov təsdiqləyib.
Arif Məmmədov sosial şəbəkədə N.Cəfərovun həqiqətən də sığınacaq istədiyini bildirib:
“Bizim diplomatlara qarşı təzyiqlər dəyanmasa siyasi qaçqın statusu almaq üçün müraciət edən diplomatların sayı artacaq. Siyasi sığınacaq status almaq əslində bizim xaricdə qalmaq arzusundan deyil, ailələrimizi qorumaq üçün atılan məcburi addımdır və bizim məqsədimiz demokratik Azərbaycan uğrunda işlərimizi müvəqqəti olaraq buradan davam etdirməkdir”.
Keçmiş rəhbər bildirib ki, Nahid Azərbaycan Diplomatik Akademiyasının və Avropa Təhlükəsizliyi üzrə Genevrə Mərkəzinin məzunudur. O, həddindən artıq savadlı, vətənpərvər, geniş dünyagörüşü olan gəncdir.
Mən 2012-ci ildə XİN-nə dönərək Nahidlə tanış oldum və bu gəncdə olan zəkalıq və bacarıq mənı valeh etdi. Məhz bu keyfiyyətlərinə görə Nahidlə birgə Azərbaycanda insan hüquqlarının bərpası fonunda qərb dövlətləri ilə münasibətlərin möhkəmləndirilməsini özündə əks etdirən plan üzrə çalışırdıq.
Qeyd edək ki, aznews.az saytı konsul Nahid Muxtar oğlu Cəfərov vəzifəsindən kənarlaşdırılandan sonra, Bakıya, Xarici İşlər Nazirliyinə dəvət olunduğunu qeyd edib. O, isə Bakıya gəlməkdən imtina edib və Niderland Krallığından sığınacaq istəyib.
XİN mətbuat xidmətindən bildiriblər ki, Xarici İşlər Nazirliyi sistemində belə bir adam işləmir.
Xatırladaq ki, Arif Məmmədov iyun ayında İslam Əməkdaşlıq Təşkilatı (İƏT) tərəfindən Avropa İttifaqı yanındakı səfiri vəzifəsindən geri çağırılıb. Onun vəzifədən çıxarılmasına səbəb kimi “Facebook” sosial şəbəkəsində mayın 19-da Binəqədi rayonunda 15 nəfərin ölümünə səbəb olan yanğınla bağlı üsyankar statusla çıxış etməsi göstərilir. Səfir postundan geri çağırılan Arif Məmmədovun Norveçdən sığınacaq istəyib. Onun haqqında, cinayət işi açılıb. ( qafqazinfo.az )
İnterpress.az