39-cu Polis Bölməsinə müraciət edən 1968-ci il təvəllüdlü Şahin Novruzov bacısının səhvi ucbatından xeyli miqdarda ziyana düşdüyünü bildirib.
Şikayətçi qeyd edib ki, Xqaəni küçəsi 39 ünvanında yerləşən DDT-İN MMC-nin rəhbəridir. Bir müddət əvvəl bacısı Leyla onun 8 min manatlıq ödənişini elektron vasitə ilə həyata keçirib. Lakin pul ünvanına çatmayıb.
Ş.Novruzov ona dəymiş ziyanın ödətdirilməsinin təmin edilməsini xahiş edib. ( lent.az )
İnterpress.az