Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən İnterpress.az-a verilən məlumata görə, gündüz şərq küləyi əsəcək, havanın hərarəti gündüz 25-30°, gecə 19-23° isti olacaq.
Abşeron çimərliklərində dəniz suyunun hərarəti Sumqayıt, Novxanı, Pirşağı, Nardaran və Bilgəhdə 23-24°, Zağulba, Buzovna, Mərdəkan və Şüvəlanda 24-25°, Türkan, Hövsan, Şıx və Sahildə 25-26° isti təşkil edəcək.
Azərbaycan rayonlarında hava əsasən yağmursuz keçəcək. Şərq küləyi əsəcək. Lakin axşam bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir.
Temperaturun gecə 17-22°, gündüz 27-32°, dağlarda gecə 10-15°, gündüz 20-25° isti olacağı proqnozlaşdırılır.
İnterpress.az