Marşrut avtobuslarının xətlərində dəyişikliklər olunacaqbackend

Marşrut avtobuslarının xətlərində dəyişikliklər olunacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“BakuBus” MMC-nin 5 saylı marşrut avtobusunun fəaliyyətə başlaması ilə əlaqədar mövcud marşrut avtobuslarının xətlərində dəyişikliklər olunacaq.

Yeni 5 saylı marşrut avtobusunun hərəkət istiqaməti N. Nərimanov metro stansiyası – Təbriz küçəsi – Azadlıq prospekti – 28 may metro stansiyası – Puşkin küçəsi – Azadlıq prospekti – Zərifə Əliyeva küçəsi – Ə. Yaqubov küçəsi – 20-ci sahə olacaq. Bu səbəbdən mövcud xətt üzrə hərəkət edən 20 və 24 saylı marşrut avtobusları xətdən kənarlaşdırılacaq.

Qeyd edək ki, “BakuBus” MMC-yə məxsus 5 saylı marşrut avtobusu 2 gün test rejimində 8 avtobusla fəaliyyət göstərib. Sabahdan etibarən isə 20-dən artıq avtobus mövcud marşrut xətti ilə fəaliyyət göstərəcək.

Yeni tədris ilinin başlanması ilə əlaqədar sərnişin sıxlığı nəzərə alınaraq yeni 5 saylı marşrut avtobusunun istiqaməti üzrə hazırda fəaliyyət göstərən 37 və 88 saylı marşrut avtobuslarının isə hələlik mövcud hərəkət istiqamətləri saxlanılıb.

Hərəkət istiqaməti Avtovağzal – 20 yanvar m/s – Badamdar qəs. – Səbail meydanı – 20-ci sahə olan əvvəlki 5 saylı marşrut avtobusunun isə nömrəsi dəyişdirilərək 53 nömrəsi ilə əvəz olunub. Yəni əvvəlki 5 saylı marşrut sabahdan etibarən 53 saylı marşrut adı ilə sərnişinlərə xidmət göstərəcək.

İnterpress.az