Dövlət nömrə nişanı və markası bilinməyən avtomobil yolu keçmək istəyən iki piyadanı vurub. Piyadalardan biri qadın, digəri isə kişi olub.
Hadisənin səhər saat 10:15 radələrində baş verməsinə baxmayaraq Təcili Tibbi Yardım briqadası əraziyə 11:00-da çatıb. Yerdə can verən hər iki piyada Təcili Tibbi Yardım avtomobili ilə 1 saylı Şəhər Kliniki Xəstəxanasına (Semaşko) aparılıb.
Semaşko xəstəxanasından əldə etdiyimiz son məlumata görə, hər iki piyada aldıqları xəsarətdən klinikada keçiniblər.
İnterpress.az həmin görüntüləri təqdim edir. ( azadxeber.az )
İnterpress.az