Azərbaycanlılarla ermənilər arasında kütləvi dava: ölən var – YENİLƏNİB – 1backend

Azərbaycanlılarla ermənilər arasında kütləvi dava: ölən var – YENİLƏNİB – 1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sentyabrın 13-də Rusiyanın Volqoqrad şəhərində erməni tərəfindən odlu silahla qətlə yetirilən azərbaycanlı Hacımurad (Eduard) Nəbi oğlu Çiriyevin meyiti Azərbaycana gətirilib.

Bu barədə APA-nın Rusiya bürosuna Ümumrusiya Azərbaycan Konqresinin Volqoqrad (ÜAK) üzrə regional bölməsinin sədr müavini Fikrət Məmmədov məlumat verib.

Onun sözlərinə görə, 24 yaşlı Hacımurad doğulduğu Balakən rayonunun Qabaqçöl kəndində dəfn olunub.

ÜAK-ın regional bölməsinin rəhbəri Teymur Həsənov isə APA-ya açıqlamasında Volqoqradda azərbaycanlılarla ermənilər arasında baş verən hadisənin təfərrüatları barədə danışıb. Onun bildirdiyinə görə, E. Çiriyev dostları ilə birlikdə yeyib-içdikdən sonra şəhərdəki ermənilərin barına getməyə qərar veriblər: \”Hüquq-mühafizə orqanlarından mənə verilən məlumata görə, Eduard Çiriyev və dostları birlikdə yeyib içdikdən sonra ermənilərin barına gediblər. Bu zaman onlarla barda olan ermənilər arasında mübahisə düşüb. Barın sahibinin oğlu Virabyan soyadlı erməni avtomobilində olan \”Sayqa\” tipli tüfəngini götürərək Eduard Çiriyevə atəş açıb. Nəticədə Eduard aldığı güllə yarasından ölüb\”.

Diaspor rəhbəri hadisənin hüquq-mühafizə orqanlarının nəzarətində olduğunu söyləyib.

Qeyd edəki, azərbaycanlını öldürən erməni Volqoqraddakı erməni diasporunun bir müddət rəhbəri olmuş Vyaçeslav Virabyanın oğludur.

***

Hadisə sentyabrın 13-də gecə Volqoqradın Kiyevski rayonunda yerləşən \”Bariton\” karaoke-barında baş verib.

Dava zamanı karaoke-barın sahibinin oğlu, milləyyətcə erməni olan şəxsin ov silahından açdığı atəş nəticəsində azərbaycanlı, əslən Azərbaycanın Balakən rayonundan olan 24 yaşlı Eduard Nəbioğlu yaralanıb.

Eduardın dostları hadisə yerinə təcili tibbi yardımın gəlməsini gözləmədən onu öz maşınlarında xəstəxanaya aparıblar. Lakin insident yolda da davam edib. Belə ki, davanın iştirakçısı olan şəxslər 4 avtomobildə yaralını aparan avtomobili təqib edərək atəş açıblar.

Dostları boyun nahiyəsindən ağır yaralanan Eduardı xəstəxanaya çatdırsalar da, həkimlər onu xilas edə bilməyiblər.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Hüquq-mühafizə orqanları qətl hadisəsini törətməkdə şübhəli bilinən 34 yaşlı ermənini saxlayıblar.

***

Bu barədə \”Bloknot Volqoqrad\” saytının yaydığı xəbərdə bildirilir.

Qeyd olunur ki, sentyabrın 13-də Volqoqradda yerləşən \”Bariton\” karaoke-barında müştərilər arasında mübahisə düşüb. Nəticədə bar sahibinin oğlu ov tüfəngindən açdığı atəş nəticəsində bir nəfəri yaralayıb.

Yaralının dostları hadisə yerinə təcili tibbi yardımın gəlməsini gözləmədən onu xəstəxanaya aparıblar. Lakin yolda onların arasında mübahisə davam edib. Belə ki, yaralını daşıyan avtomobilə arxadan gələn 4 avtomobildən atəş açılıb. Dostları yaralını xəstəxanaya çatdırsalar da, həkimlər onun həyatını xilas edə bilməyiblər.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır. Hüquq-mühafizə orqanları qətli törətməkdə şübhəli bilinən bar sahibinin 34 yaşlı oğlunu saxlayıblar. ( apa )

İnterpress.az