Bunu Rusiyanın “Qazprom” şirkətinin sədr müavini Aleksandr Medvedyev bildirib.
O deyib ki, boruların düzülməsi prosesi planlaşdırıldığı kimi başlamadığı üçün son tarix artıq 2016-cı ilin dekabrı olmayacaq.
Xatırladaq ki, Rusiyanın energetika naziri Aleksandr Novak iki gün öncə bəyan edib ki, rəsmi Moskva Türkiyə ilə “Türk axını” qaz kəmərinin yalnız bir xətti üzrə saziş imzalamağa hazırdır. Digər xətlərin tikintisinin perspektivi isə Cənub-Şərqi Avropanın tələbatından asılı olacaq.
İnterpress.az