Nazirlikdən İnterpress.az verilən məlumata görə, vergi orqanları tərəfindən vergi ödəyicisinin fəaliyyəti araşdırılarkən onun 1600 manat vergi borcunun yarandığı müəyyən edilib, borcun ödənilməsi barədə ona bildiriş göndərilsə də, borc qanunvericilikdə nəzərdə tutulan müddətdə ödənilmədiyindən, Vergi Məcəlləsinin 89-cu maddəsinə əsasən, vergi borcunun ödənilməsini təmin etmək məqsədilə 2015-ci ilin sentyabr 7-də əmlakın siyahıya alınması haqqında qərar çıxarılıb.
Vergi orqanı əməkdaşları tərəfindən ictimai iaşə obyektində olan 1600 manat məbləğində müxtəlif növ məişət avadanlığı və mebel müvafiq qaydada siyahıya alınıb.
Səbail rayonu, Nizami küçəsi, ev 96 ünvanda yerləşən, “Tam xarici investisiyalı “Barakalı” LTD” MMM-ə məxsus “Zirvə elektrik” mağazasında əmlakın siyahıya alınması tədbirləri görülüb, vergi ödəyicisinin 11666 manat vergi borcu müqabilində obyektdəki 12000 manat dəyərində müxtəlif növ elektrik malları müvafiq qaydada siyahıya alınıb.
Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi, 2-ci paralel ünvanda yerləşən, fiziki şəxs Şahin Sərdara məxsus “Sürmene” restoranında əmlakın siyahıya alınması tədbirləri keçirilib, vergi ödəyicisinin 2652 manatlıq vergi borcunun ödənilməsi üçün 3000 manat dəyərində məişət avadanlığı müvafiq qaydada siyahıya alınıb.