Gəncə sakini qonşusu tərəfindən bıçaqlanıbbackend

Gəncə sakini qonşusu tərəfindən bıçaqlanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hadisə şəhərin Məhsəti qəsəbəsində qeydə alınıb.

Qəsəbə sakini, 1966-cı il təvəllüdlü Elbrus Manafov döş qəfəsinin kəsilmiş deşilmiş yarası diaqnozu ilə Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib. Dərhal əməliyyat edilən yaralının vəziyyəti orta ağır olduğu bildirilir. Məlumata görə E. Manafov qonşusu tərəfindən pul borcu üstündə bıçaqlanıb.

Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.

İnterpress.az