Hadisə sentyabrın 14-də saat 19.30 radələrində rayonun Digah kəndində qeydə alınıb.
Kənd sakini, 1989-cu il təvəllüdlü Vüsal Qılman oğlu Haşımov laqonda alətini işlədərkən ehtiyatsılıqdan sol qolunu kəsib. Yaralı dərhal Lənkəran Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Onun üzərində cərrahiyyə əməliyyatı aparılıb, yarası tikilib. Hazırda vəziyyətinin stabil olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
İnterpress.az