Fazil Mustafa: “Cahillik bilgidən daha önə çıxır”backend

Fazil Mustafa: “Cahillik bilgidən daha önə çıxır”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bunu millət vəkili Fazil Mustafa bildirib. O, eyni zamanda təhsilini davam etdirənlərə uğurlar arzulayıb:
“Düşüncəm budur ki, 15 sentyabr 1 sentyabrı heç cür əvəzləmir. Onsuz da geridə qalan təhsilimizin hər il süni şəkildə 15 gün ləngidilməsi də ümidimizi qırmamalıdır və hər kəs gələcəyimiz naminə bilgili insan yetişdirməyə, bilgili insana çevrilməyə daha çox səy göstərməlidir. Nədənsə dərs ilinin başlamasına Bilik Günü deyirlər. Bizdə çox məsələlər kimi bu da yerinə düşməyən yanaşmadır”.

F.Mustafa qeyd edib ki, biliyin konkret günü ölmür: “Sadəcə hər gün, hər an hava, su, yemək, içmək kimi nəyisə öyrənmək, bilgilənmək zərurəti var. Bizim cəmiyyətdə olan natamamlıqlar əksər hallarda cahilliyin bilgidən daha önə çıxmasından qaynaqlanır. Üstəlik də cahilin elmi titul alması, nəyisə öyrətməsi tələbənin evini yıxır, cahilin dindar olması İslamı gözdən salır, cahilin konkret peşəni, vəzifəni, yolu inhisarda saxlaması insanlara maddi və mənəvi əziyyət verir. Bu səbəbdən bilik günümüz olmasa da, yaradan hər birimizə bilikli ömür nəsib etsin”. ( aznews.az )

İnterpress.az