YAP-da siyahı gərginliyibackend

YAP-da siyahı gərginliyi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azadlıq” qəzetinin yazdığı xəbərdə bildirilir ki, namizədlər siyahısı ilə bağlı hakim partiyada ciddi gərginlik yaşanır. Qeyd edilib ki, uzun illər hakimiyyətə xidmət etmiş YAP-çıların indi iddialarını ortaya qoyduğu, bir neçə dəfə deputat olanların və vəzifəli deputatların da iddialarından geri çəkilmək istəmədikləri hakim partiyanı çətin vəziyyətə salıb. Məlumatlara görə, artıq rektor-deputatlara seçim etmək tapşırılıb. Onlardan bəziləri mandatı, bəziləri isə rektor postunu seçib. Lakin bununla da problem həllini tapmayıb.

Qəzetin yaydığı xəbərdə bildirilir ki, YAP-ın namizədlər siyahısının açıqlanmamasının bir səbəbi də növbəti dəfə mandat veriləcək hökumətyönlü deputatların dairələri ilə bağlı yaranmış problemdir. Məsələ burasındadır ki, həmin deputatlar seçicilərin problemləri ilə maraqlanmayıb. Hakim partiyadakı mənbə bildirir ki, iqtidar sosial vəziyyətin ağır və narazılığın pik səviyyədə olduğu bir vaxtda onları yenidən həmin dairələrə göndərməyə ehtiyat edir. Həmin deputatların dairələrinin dəyişdirilməsi prosesi gedir. Eynilə icra başçılarının yerdəyişməsi kimi deputatların da dairələri dəyişdirilir.

İnterpress.az