“Mən deputatlığa namizədliyimi irəli sürməyi düşünürəm. Azərbaycanda belə bir ənənə yaranıb ki, guya ər-arvad, yəni, bir evdən iki nəfər Milli Məclisə seçilə bilməz. Buna görə də yəqin ki, Tənzilə Rüstəmxanlı həmişə olduğu kimi, sonuncu qərarında da mənə güzəştə gedəcək. Keçən dəfə də buna bənzər bir şey olmuşdu, sonda Tənzilə xanım mənə güzəştə getdi. Düşünürəm ki, bu dəfə də eyni vəziyyətdir”.
“Azəri-Türk Qadınlar Birliyi”nin sədri Tənzilə Rüstəmxanlı Modern.az-a açıqlamasında deyib ki, Sabir Rüstəmxanlının söylədiyi fikirlər mətbuatda şişirdilib:
“Parlament seçkilərində deputatlığa namizədliyimi irəli sürməyi düşünürəm. Ancaq hələ ki bu barədə tam qərar verə bilmədiyimizdən açıqlamırıq. Sabir müəllim ilə razılığa gəldikdən sonra bunu mətbuata açıqlayacağıq”.
İnterpress.az