Xalq artisti Musa Mirzəyevin səhhətində problem yaranıbbackend

Xalq artisti Musa Mirzəyevin səhhətində problem yaranıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu barədə APA-ya xalq artistinin oğlu, bəstəkar İlyas Mirzəyev məlumat verib.
Onun sözlərinə görə, Musa Mirzəyev daimi həkim nəzarəti altındadır: “Həftədə iki-üç dəfə həkim müayinəsindən keçir. Daim nəzarət altında olmalıdır. Yataq şəraitində deyil, amma yaşla əlaqədar hər şey ola bilər”.

İ. Mirzəyev əlavə edib ki, M. Mirzəyevin əsas problemi nitq pozulmasıdır: “Bu, beyinlə əlaqədar olan məsələdir. Həkimlər deyir, nitqin düzəlməyi mümkün deyil. Danışığını çox az başa düşürük, amma bəzən ümumiyyətlə anlaşılmır\”.

Qeyd edək ki, Musa Mirzəyev 1933-cü ildə Bakıda anadan olub. O, kamera orkestri üçün “Polifonik simfoniya”, skripka və piano üçün “Romantik poema”, piano üçün “Qəmli melodiya”, piano üçün \”konsert-rondo\” və başqa əsərlərin müəllifidir. Bəstəkar Azərbaycan xalq artisti fəxri adına, “Şöhrət” ordeninə layiq görülüb və prezident təqaüdçüsüdür.

İnterpress.az