Milli Məclisə 665 nəfər namizədliyini irəli sürübbackend

Milli Məclisə 665 nəfər namizədliyini irəli sürüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bunu bu gün Mərkəzi Seçki Komissiyasının iclasında (MSK) MSK sədri Məzahir Pənahov bildirib. Onlardan 338 nəfərin namizədliyi partiyalar tərəfindən, 25 nəfərin namizədliyi “Azadlıq-2015” siyasi partiyalar bloku, 2 nəfərin namizədliyi təşəbbüs qrupları, 300 nəfərin namizədliyi fərdi qaydada irəli sürülüb. Deputatlığa namizədliyi irəli sürülənlərdən 508 nəfərin namizədliyi təsdiqlənib və onlara imza vərəqi verilib.

Bu günə qədər MSK-da 95 nəfər müşahidəçi qeydə alıb. Onlardan 86 nəfər öz təşəbbüsü, 9 nəfər isə QHT təşəbbüsü ilə müşahidəçi kimi qeydiyyatdan keçib.

İnterpress.az