Magistratura ilə bağlı qanuna dəyişiklik edilirbackend

Magistratura ilə bağlı qanuna dəyişiklik edilir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dəyişiklik Milli Məclisin Elm və təhsil komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.

Dəyişikliyə əsasən qanunun 22.5-ci maddəsində “təhsil müəssisələrində” sözlərindən sonra “və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatlarda” sözləri əlavə edilib.

Qanunun hazırkı maddəsinə əsasən isə magistratura elmi-pedaqoji kadr potensialı, maddi-texniki bazası və təhsil infrastrukturu kifayət qədər yüksək оlan ali təhsil müəssisələrində yaradıla bilər.

Qanun layihəsi müzakirələrdən sonra Milli Məclisin növbəti plenar iclasına tövsiyə edilib.

İnterpress.az