Avropa İttifaqı Aleksandr Lukaşenkoya qarşı sanksiyaları ləğv edə bilərbackend

Avropa İttifaqı Aleksandr Lukaşenkoya qarşı sanksiyaları ləğv edə bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu barədə “Reuters” məlumat yayıb. “Avropa İttifaqı çox güman ki, ötən ay siyasi məhbusların azadlığa buraxılması ilə əlaqədar Belarusa qarşı bəzi sanksiyaları, o cümlədən Aleksandr Lukaşenkoya qoyulan səyahət qadağasını dayandıracaq” , – deyə diplomatik mənbə bildirib.

Mənbə insan haqlarının pozulması ilə əlaqədar 200 şəxsə münasibətdə tətbiq olunan viza qadağası və xaricdəki aktivlərinin dondurulması ilə bağlı qərarın ləğvinin nəzərdə tutulduğunu da deyib: “Bu məsələ Lukaşenkoya, eləcə də prezidentə yaxınlığı ilə tanınan hakim və siyasətçilərə şamil edilə bilər”.

İnterpress.az