Dollar ucuzlaşıb, avro bahalaşıbbackend

Dollar ucuzlaşıb, avro bahalaşıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Mərkəzi Bankının (AMB) sentyabrın 18-nə olan rəsmi məzənnələr bülleteninə nəzər salanda məlum olur ki, ölkəmizdə dolların rəsmi məzənnəsi sentyabrın 17-si ilə müqayisədə 0,0005 manat və ya 0,05% azalaraq 1,0473 manat olub.

Bivalyuta səbətinə daxil olan avronun məzənnəsinə gəlincə, manata nəzərən Avrozonanın vahid valyutası 0,0097 manat və ya 0,82% artaraq 1,1935 manata yüksəlib.

Manata nəzərən Rusiya rublu isə dəyişməyərək 0,0160 manat səviyyəsində qərarlaşıb.

İnterpress.az