Bunu səhiyyə nazirinin müavini Elsevər Ağayev deyib.
O, bildirib ki, Tarif Şurasının planına görə gələn ilin ortalarına qədər ölkədə qiyməti tənzimlənməyən dərman preparatları qalmayacaq: “Bildiyiniz kimi, ölkə rəhbərinin tapşırığı ilə dərman preparatlarının qiymətlərinin tənzimlənməsi istiqamətində çox sürətli addımlar atılır. Nazirlər Kabinetinin qərarı ilə ölkədə qeydiyyatdan keçmiş dərman preparatlarının tənzimlənməsi və onlara nəzarət mexanizmləri hazırlanıb, qərar qəbul olunub, Tarif Şurası qiymətlərin qoyulması üçün təlimat hazırlayıb. Artıq 25 təsiredici maddə üzrə 1057 dərman qiyməti tənzimlənir və 15 sentyabrdan qiymətlər qüvvəyə minib”.
İnterpress.az