Əli Kərimlinin yerinə iddialı şəxsbackend

Əli Kərimlinin yerinə iddialı şəxs

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, bu açıqlama ilə AXCP-nin Əli Kərimli qanadının sabiq müşaviri Sahib Kərimli çıxış edib.

O, özünün Facebook səhifəsində yazdığı bəyanatda bildirib ki, fəqrli düşüncənin daşıyıcısı kimi belə bir addım atmaq qərarına gəlib. O, bu addımı ilə Əli Kərimlinin yol verdiyi siyasi səhvləri aradan qaldırmaq niyyətində olduğunu qeyd edib: “Azadlığımı heç kimə, o cümlədən atdığı yanlışlarla özünü hər gün fəlakətə aparan hakimiyyətə heç vermərəm. Heç kim uzağa gedən nəticələr çıxarmasın. Mən qurultaydan sonra sıravi cəbhəçi olaraq qalacağam. Heç kim məni çirkin və namərd oyuna qoşa bilməz. Partiya daxilində sədri tənqid etmə ənənəsini mən möhkəmlətmişəm. Yuxarı və orta səviyyəli funksionerlər yaxşı bilirlər ki, sədrin yaxın ətrafının partiya daxilindəki pozuculuq fəaliyyəti illərdir hədəfimdədir. Hörmətli sədri də onları himayə etdiyi üçün, partiya idarəetməsində kollegiyallığın qrup oyunları ilə əvəzlənməsinə imkan tanıdığı üçün dostcasına tənqid etmişəm. Sədrliyə namizəd olmağıma düşmən münasibət gözləmirəm, rahatam. Qələbə şansım azdır, amma pozitiv işlər görəcəyimə inanıram. Fərqli düşüncəm var və bunu illərdir ifadə edirəm. Partiya ideoloji boşluqdadır. Maraqlı müzakirələr açıla bilər. Tənqidlərim kollegial idarəetməni təşviq edəcək. Əli bəyin demokratlığına və tolerantlığına şübhə edənlər az deyil. Mənə danışma və yarışma imkanı tanınsa , bundan da pozitiv yararlanma imkanı olacaq. Ən başlıcası demokratik seçki vərdişlərinə yiyələnmək üçün fürsət yaranacaq. Partiyadaxili demokratiyanın nümunələrini sərgiləməklə, bütün ölkəyə pozitiv mesaj verə bilərik”.

İnterpress.az