15 təhsil şöbəsinin müdiri işdən çıxarıldı – SİYAHIbackend

15 təhsil şöbəsinin müdiri işdən çıxarıldı – SİYAHI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Nazir qeyd edib ki, regionlarda təhsilin idarəedilməsində keyfiyyətin artırılması əsas prioritetlərdəndir. Bu və ya digər səbəbdən işinin öhdəsindən gələ bilməyən 15 bölgədə rayon (şəhər) Təhsil şöbəsinin müdirləri işdən azad edilib.

Modern.az saytı həmin 15 rayon və şəhərin adını dəqiqləşdirib. Təhsil Nazirliyindən Modern.az-ın sorğusuna cavab olaraq bildirilib ki, mövcud qanunvericiliyə əsasən, rayon Təhsil şöbəsinin müdirinin vəzifəyə təyin və vəzifədən azad edilməsi Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə razılaşdırılmaqla rayon İcra Hakimiyyəti başçılarının sərəncamı ilə həyata keçirilir.

“2013-cü ilin aprelindən indiyədək Bakı Şəhəri üzrə Təhsil İdarəsinin, Kəlbəcər, Quba, Kürdəmir, Naftalan, Ağdam, Qazax, Göyçay, Abşeron, Salyan, Tərtər, Balakən, Cəlilabad, Sumqayıt və Saatlı rayon təhsil şöbələrinin müdirləri tutduqları vəzifələrdən azad olunub. Azad olunma müxtəlif səbəblərlə bağlı olub, dövlət qulluğunda olmanın yaş həddinə çatma, səhhətin vəziyyəti, eyni zamanda işdə yol verilən nöqsanlar, cinayət tərkibli hallar (Kəlbəcər, Quba, Abşeron təhsil şöbələri)”.

Nazirlikdən qeyd edilib ki, bir sıra vakant müdir vəzifələrinə yerli İcra Hakimiyyəti orqanları tərəfindən namizədlər müəyyənləşdirilib, Təhsil Nazirliyi ilə razılaşdırılmaqla təyin olunub.

“Hazırda Sumqayıt, Kürdəmir, Naftalan, Ağdam, Salyan, Tərtər, Balakən, Cəlilabad və Saatlı rayon təhsil şöbələrinin müdiri vəzifəsi vakantdır”.

İnterpress.az