AŞPA müşahidə missiyasının Azərbaycana ilk səfəri başlayırbackend

AŞPA müşahidə missiyasının Azərbaycana ilk səfəri başlayır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

APA-nın AŞPA-ya istinadən verdiyi məlumata görə, səfərin məqsədi 1 noyabr tarixində Azərbaycanda keçiriləcək parlament seçkiləri ilə bağlı seçki sistemini və seçki kampaniyasını dəyərləndirməkdir. Nümayəndə heyəti parlamentin spikeri, parlamentdə təmsil olunan parlament qrupları və partiya liderləri, həmçinin parlamentdə təmsil olunmayan müxalif partiya liderləri ilə görüşəcək. Bundan başqa, Azərbaycanın AŞPA-dakı nümayəndə heyəti, Mərkəzi Seçki Komissiyasının sədri və Qeyri-Hökumət Təşkilatları, media nümayəndələri ilə də görüş planlaşdırılır.

Nümayəndə heyəti seçki öncəsi səfərlər bağlı yazılı bəyanat hazırlayacaq.

Nümayəndə heyətinin tərkibinə həmçinin Almaniyadan Franck Schwabe, keçmiş Yuqolsaviya Respublikası və Makedoniyadan Aleksandar Nikoloski, Türkiyədən Egemen Bağış və İspaniyadan Aqustin Konde daxildir.

İnterpress.az