Elmar Məmmədyarov Macarıstan səfirini qəbul edibbackend

Elmar Məmmədyarov Macarıstan səfirini qəbul edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən İnterpress.az-a verilən məlumata görə, görüşdə səfir İmre Laslotski etimadnaməsinin surətini nazir Elmar Məmmədyarova təqdim edib.

Səfir Azərbaycanla Macarıstan arasında əlaqələrin yüksək inkişaf səviyyəsinə malik olduğunu deyərək, diplomatik fəaliyyəti müddətində əməkdaşlığın daha da inkişafı üçün səylərini əsirgəməyəcəyini bildirib.

Elmar Məmmədyarov səfirə diplomatik fəaliyyətində uğurlar arzulayıb.

İnterpress.az