İnterpress.az \”lifenews\” agentliyinə istinadən xəbər verir ki, Dərbəndən 40 kilomert qərbdə, Azərbaycan-Rusiya sərhəddinin 8 kilometrliyində, Xtun kəndi yaxınlığında, meşəlik ərazidə 5 nəfərin oldu silahdan açılan atəşlə qətlə yetirilmiş cəsədi aşkar edilib.
Araşdırmalar zamanı məlum olub ki, qətlə yetirilən 5 nəfər sentyabrın 17-dən axtarılan Dağıstan respublikası Süleyman-Stal rayonun ovçuluqla məşğul olan yerli sakinləridir.
Qətlə yetirilən 3 nəfərin – 27 yaşlı Lamət İbrahimovun və Hacımət Yuraliyevin, eləcə də 30 yaşlı Zakidin Metxanovun cəsədləri qolları bağlanaraq gickahlarına açılmış güllə yarası ilə aşkar edilib. Digər iki nəfər, 52 yaşlı Nadir Dadaşov və 46 yaşlı Yaməddin Tahirov isə odlu silahdan baş və sinələrindən güllələnərək qətlə yeririliblər.
Rusiya polisi və FTX-nin ilkin versiyasına görə cəsədləri aşkar edilən 5 nəfər yerli sakin bu ərazidə terror fəaliyyəti ilə məşğul olan \”Çənublular\” terror qruplaşmasının üzvləri tərəfindən qətlə yetiriliblər. Məlumatda qeyd edilir ki, \”Çənublular\” qruplaşmasının üzvləri Suriyada İŞİD sıralarında təlim görüb, döyüşlərdə iştirak ediblər və sonradan gizli yollarla Dağıstana qayıdaraq, Dağıstanın cənub – Azərbaycanla sərhəd ərəzilərində terror fəaliyyətlərinə davam edirlər.
Bu qrupa Yasir lərəbli Həsən Məmmədyarovun rəhbərlik etdiyi bildirilir.
Hazırda polis terrorçuların aşkar edilərək məhvi üçün ərazidə axtarış tədbirdərini davam etdirir.
E. Məmmədov
İnterpress.az