Axtarışda olan Azərbaycan vətəndaşı Ukraynada tutulub – YENİLƏNİBbackend

Axtarışda olan Azərbaycan vətəndaşı Ukraynada tutulub – YENİLƏNİB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kiyevin \”Borispol\” aeroportunda saxlanılan azərbaycanlının kimliyi məlum olub.

Ukrayna Təhlüksəzilik Xidmətinin Borispol aeroportu üzrə bölməsindən APA-ya verilən məlumata görə, saxlanan şəxs 21 iyun 1986-cı ildə Azərbaycanın Qusar rayonunda anadan olmuş Valeh Cavanşir oğlu Əmirəliyevdir.

O, Rusiyadan Ukraynaya gəlib, Türkiyəyə uçmaq istəyərkən saxlanılıb.

Rusiyanın terror cinayətinə görə axtarışa verdiyi, universal döyüş üzrə Avropa çempionu V. Əmirəliyev Ukrayna polisinə təhvil verilib.

Onun terror cinayətində təqsirli bilindiyi qeyd olunsa da, konkret hansı əməlləri törətdiyi açıqlanmır.

***

Bu barədə Ukrayna Dövlət Sərhəd Xidmətinin mətbuat xidməti məlumat yayıb.

\”İnterpol xətti ilə axtarışda olanların tutulması məqsədilə \”Borispol\” aeroportunda həyata keçirilən tədbirlər zamanı sərhədçilər \”Kiyev\” nəzarət-buraxılış məntqəsində Azərbaycan vətəndaşını saxlayıblar. O, \”terror\” cinayətinə görə beynəlxalq axtarışda olub\”, – deyə məlumatda bildirilir.

Məlumatda qeyd olunur ki, saxlanılan şəxs əlbəyaxa döyüş üzrə beynəlxalq turnirlərin bir neçə dəfə qalibi olub.

O, Ukrayna Daxili İşlər Nazirliyinin əməkdaşlarına təhvil verilib.

İnterpress.az