23 yaşlı azərbaycanlı dənizçi itkin düşübbackend

23 yaşlı azərbaycanlı dənizçi itkin düşüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qara dəniz sularında “ONEY Z” gəmisinin göyərtəsində olan 23 yaşlı azərbaycanlı itkin düşüb.

Bu barədə “Sea Farers Journal” xəbər yayıb.

Məlumata görə, itkin düşən 23 yaşlı gənc bu gəmidə təcrübə keçib.

Gəncin yoxa çıxması avqustun 7-də səhər saat 10-da məlum olub. Bir neçə saat sonra gəminin heyəti axtarışlara kömək üçün Bolqarıstan Hərbi Dəniz Qüvvələrinə müraciət edib.

“Varnadan 80 mil şərqdə siqnal aldıq. Əraziyə baxış keçirmək üçün helikopter göndərilsə də, dənizçi tapılmadı. Axtarış əməliyyatı Türkiyənin ərazi sularında davam edir”.

Qeyd olunur ki, Türkiyə şirkətinə məxsus gəmi Ukraynadan İspaniyaya üzürdü.