Fransalı Patrik Şuşada köklərini axtarırbackend

Fransalı Patrik Şuşada köklərini axtarır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az news.am-a istinadən xəbər verir ki, Fransada yaşayan erməni əsilli müğənni Patrik Fyuri Şuşayan bu günlərdə rəsmi Bakının icazəsi olmadan separatçıların nəzarətində olan Azərbaycanın Qarabağ bölgəsinə səfər edib. Setnyabrın 19-da Şuşada \”Qarabağda Fransa günləri\” çərçivəsində Şuşa qalası yaxınlığında ağac da əkib.

Patrik ulu nənəsinin Şuşadan olmasını sübut edəcək dəlillər axtarır.

\”Mən belə hesab edirəm ki, ana xətti ilə mənim ulu nənəm əslən Şuşadan olub. Familiyam da burdan götürülüb – Şuşayan. Göründüyü kimi çox oxşardır – Şuşa və Şuşayan. Lakin indi tam əminliklə bir söz deyə bilmirəm, səhv məlumat vermək istəmirəm, amma kimsə nənəmin Şuşadan olmasını sübüt edən dəlil tapsa çox şad olaram. Çünki mək köklərimlə çox maraqlanıram.\” – deyən Patrik nənəsi barədə yerli ermənilərdən məlumat toplamağa çalışır.

E. Məmmədov
İnterpress.az